10:45 Oxunub: 238

Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurub - YENİLƏNİB-1

Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurub - YENİLƏNİB-1

Bakıda kişinin arvadını və baldızını bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində, 1981-ci il təvəllüdlü Samiq Quliyevin ailə daxili münaqişə zəminində arvadı, 1989-cu il təvəllüdlü Ruhəngiz Mahmudova və onun bacısı Roza Mahmudovanı bıçaqlaması faktı ilə bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Saat 10:02

Səhiyyə Nazirliyi ötən gecə Bakıda baş verən bıçaqlanmada yaralanan şəxslərin vəziyyəti ilə bağlı açıqlama yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudova Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

***

2 avqust, saat 23:04

Binəqədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb. R.Mahmudova 14 bıçaq xəsarəti alıb.

Daha sonra S.Quliyev baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub. Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.

Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Həkimlərin APA-ya verdiyi məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirib və onun vəziyyəti ağırdır.

Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
XƏBƏR LENTİ