15:28 Oxunub: 280

“Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı

“Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm".

Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsində yazıb.

Mehriban Əliyeva daha sonra bildirib:
"Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub.
Allah rəhmət eləsin.
Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!"



“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri, “Aprel döyüşləri”ndə həlak olmuş polkovnik-leytenat Raquf Orucovun xanımı Sevinc Alızadə Modern.az-a Birinci vitse-prezidentin bu addımını yüksək qiymətləndirdiyini vurğulayıb:


“Həmin görüntülər qürurvericidir. Mehriban xanım yanında heç kim olmadan Ali Hərbi Məktəbin məzunları ilə birgə şəhid məzarını ziyarət edib. Mehriban xanım II Fəxri Xiyabanda uyuyan şəhidləri ziyarət edib. Həmin yerdə “Aprel şəhidləri”ndən olanlar da dəfn edilib. Bu, bütün məmurlara örnək addımdır”.



Birliyin sədri bildirib ki, şəhid adını hamımız uca tutmalıyıq:

“II Fəxri Xiyabanda da bizim igidlərimiz uyuyur. Onları da hörmət və ehtiramla yad etməliyik. Bu addım ölkənin Birinci vitse-prezidentinin şəhidə verdiyi dəyərdir. Şəhid adını hamımız uca tutmalıyıq. Şəhidlik baş tacımızdır. İnsanlarımız şəhidlərimizi sayqıyla anmalı, adları çəkiləndə ayağa qalxmalıdır”.

“Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı
XƏBƏR LENTİ